Xəbərlər

Qırğızıstan XİN: Rusiya ilə münasibətlərdə fikir ayrılığımız yoxdur

“Qırğızıstanla Rusiya arasında münasibətlər tam qarşılıqlı anlaşma, etimad və siyasi fikir ayrılıqlarının olmaması ilə xarakterizə olunur”.

“Füyuzat”ın məlumatına görə, bunu Qırğızıstan xarici işlər naziri Cenbek Kulubayev Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Qeyd etmək istərdim ki, ümumilikdə ikitərəfli təmasların yüksək dinamikası və aktiv qarşılıqlı fəaliyyət Qırğızıstan-Rusiya gündəliyinin bütün aspektləri üzrə məsələlərin vaxtında, tam qarşılıqlı anlaşma və hörmət əsasında həllinə imkan verir. Ölkələrimiz arasında tam qarşılıqlı anlaşma və etimad var, heç bir siyasi fikir ayrılığı və ziddiyyət yoxdur”, – Kulubayev qeyd edib.