Xəbərlər

Qrenlandiya hakimiyyəti Tramp Administrasiyası ilə dialoq qurmaq istəyir

“Qrenlandiya hökuməti yaxın bir neçə gün ərzində ABŞ prezidenti Donald Trampın administrasiyası ilə dialoq qurmaq istəyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Qrenlandiyanın xarici işlər və müstəqillik naziri Vivian Motzfeldt deyib.

“Biz Qrenlandiyanın mövqeyini ABŞ xalqına izah etmək istəyirik. ABŞ-la əməkdaşlıq yeni bir şey deyil. Təhlükəsizlik məsələlərinə gəldikdə, biz bunu 80 ildir edirik”, – nazir qeyd edib.