Xəbərlər

Quterreş: İran nüvə silahından imtina etdiyini elan etməlidir

“İran regionda vəziyyəti sabitləşdirmək üçün nüvə silahına malik olmaq niyyətindən imtina etdiyini birdəfəlik bəyan etməlidir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin baş katibi Antonio Quterreş Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

“Ümid edirəm ki, iranlılar nüvə silahına sahib olmaqdan imtina etdiklərini və eyni zamanda yeni təhlükəsizlik arxitekturası yaratmaq üçün regionun digər ölkələri ilə konstruktiv şəkildə əlaqə saxlamağa hazır olduqlarını başa düşəcəklər”, – Quttereş əlavə edib.