Xəbərlər

Quterreş: Suriyadakı hadisələrin səbəbkarları cavab verməlidir

“Suriyadakı hadisələrin səbəbkarları cavab verməlidir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin baş katibi Antonio Quterreş “X” hesabında bildirib.

Baş katib Suriyanın sahilyanı Tartus, Latakiya və Homs şəhərlərində baş verən zorakılıqları kəskin şəkildə pisləyib.

“Axan qan dərhal dayandırılmalıdır. Mülki əhali qorunmalıdır. Qanun pozuntusunun səbəbkarları bu hadisələrə görə cavab verməlidir”, – o qeyd edib.