“BMT-nin baş katibi Antonio Quterreş İsrail və Yəmən arasında gərginliyin artmasını pisləyir və İsrailin Yəmənin infrastrukturuna qarşı hava hücumlarından son dərəcə narahatdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə dünya təşkilatının rəhbərinin mətbuat xidməti məlumat yayıb.
“Baş katib İsrail və Yəmən arasında eskalasiyanı pisləyir. Bu gün İsrailin Yəməndəki Sana hava limanına, Qırmızı dəniz limanlarına və elektrik stansiyalarına endirdiyi hava zərbələri narahatlıq doğurur. Zərbələrin çoxlu itki ilə nəticələndiyi, o cümlədən ən azı üç nəfərin öldüyü və onlarla insanın yaralandığı bildirilir”, – məlumatda bildirilib.