Xəbərlər

Rafael Hüseynov: Türk və İslam dünyasının mədəni irsinin araşdırılması və təbliği xüsusi əhəmiyyət daşıyır

Azərbaycan uzun illər ərzində müxtəlif çətinliklərdən keçərək bu günə gəlib çatıb. Bu uğurların arxasında Azərbaycanın dövlətçilik ənənələri, xalqın iradəsi və bu yolda xidmət etmiş şəxsiyyətlərin böyük rolu dayanır. Onların fəaliyyəti ölkənin beynəlxalq aləmdə tanınmasına və nüfuz qazanmasına mühüm töhfə verib.

“Füyuzat” xəbər verir ki, bunu Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov Bakıda “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı Forumda çıxışı zamanı söyləyib.

O vurğulayıb ki, Türk və İslam dünyasının mədəni irsinin araşdırılması və təbliği istiqamətində görülən işlər xüsusi əhəmiyyət daşıyır. Alim bildirib ki, uşaqlıqdan nənələrin dilindən eşidilən xalq ədəbiyyatı nümunələri, folklor və mənəvi irs bu gün elmi şəkildə toplanaraq gələcək nəsillərə ötürülür və bu, milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.