“NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə alyansa üzv olan hər bir ölkədən hərbi xərclərin ÜDM-in 5%-ə qədər artırılması öhdəliyini tələb etmək niyyətindəyəm və bu, ABŞ-a da təsir edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə müsahibəsində deyib.
“Birləşmiş Ştatlar bu görüşdən hər bir NATO üzvünün hərbi xərclərini ÜDM-in 5%-nə qədər artırmağı öhdəsinə götürdüyü və sözünə əməl edəcəyinə inanacağı şəkildə çıxmaq istəyir. O cümlədən ABŞ özü də bunu edəcək”, – Rubio bildirib.
“Heç kim sizdən bunu bir-iki ildən sonra edəcəyinizi gözləmir. Amma bir plan olmalıdır. Bu, ağır həqiqətdir, lakin bunu etiraf etmək lazımdır. Hər bir NATO üzvü alyansın ərazisini müdafiə etməyi və istənilən təhdidlərin qarşısını almağı bacarmalıdır”, – Rubio əlavə edib.
ABŞ dövlət katibinin sözlərinə görə, “son illərin hadisələri, Avropanın mərkəzində genişmiqyaslı müharibə onu göstərir ki, çəkindirmə məqsədi ilə hərbi potensialın gücləndirilməsi zəruridir” və hər bir NATO ölkəsi “bu təhdidlərə qarşı mübarizə aparmaq imkanına malik olmalıdır”.