Xəbərlər

Rubio: ABŞ İranla səmərəli danışıqlara ümid edir

“ABŞ ümid edir ki, İranla danışıqlar səmərəli olacaq və İslam Respublikasının nüvə proqramı ətrafında yaranmış vəziyyətin sülh yolu ilə həllinə gətirib çıxaracaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio
Parisdə Fransa və Britaniya hakimiyyət orqanları ilə danışıqlardan sonra bildirib.

“Biz ümid edirik ki, İranla danışıqlar səmərəli davam edəcək. Vəziyyətin sülh yolu ilə, uzunmüddətli nizamlanmasının tərəfdarıyıq”, – Rubio qeyd edib.