Xəbərlər

Rubio: ABŞ Ukraynadakı münaqişənin həlli üçün istənilən mexanizmə açıqdır

“Birləşmiş Ştatlar Ukraynada sülh yolu ilə nizamlanmaya nail olmaq üçün istənilən mexanizm və ya prosesə açıqdır”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü üçün Antalyaya gələrkən deyib.

“Biz Ukraynadakı münaqişənin sülh yolu ilə həllində irəliləyiş görmək istəyirik. Biz təklif olunan istənilən mexanizmə və ya lazımi prosesə açığıq və münaqişəyə son qoymaq üçün əlimizdən gələni edəcəyik”, – Rubio qeyd edib.