Xəbərlər

Rubio: ABŞ ümid edir ki, Rusiyaya qarşı sanksiyaları sərtləşdirməli olmayacaq

“ABŞ ümid edir ki, Ukraynadakı münaqişənin həllinə kömək etmək üçün Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə ehtiyac qalmayacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

Xatırladaq ki, münaqişənin həllinə dair ABŞ-Ukrayna danışıqlarının növbəti raundunun çərşənbə axşamı Ciddədə baş tutacağı gözlənilir.