“ABŞ administrasiyası ümid edir ki, Ukrayna mövqeyini dəyişdikdən sonra böhranın həlli üçün danışıqlar aparmağa maraqlıdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalında bildirib.
“Ruslara gəlincə, baxın, onların da öhdəsindən gəlmək asan olmayacaq, elə deyilmi? Amma biz onları masa arxasına çəkməklə nəyə hazır olduqlarını öyrənməliyik. Əgər ukraynalılar sülhlə maraqlanmadıqlarını desəydilər, biz bunu edə bilməzdik. İndi reallıq dəyişdi və ümid edirik ki, proses doğru qərarlarla davam edəcək”, – Rubio deyib.