Xəbərlər

Rubio: ABŞ xarici yardımı davam etdirəcək

“Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv edilməsinə baxmayaraq, ABŞ xarici yardımı davam etdirəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə cümə axşamı ABŞ dövlət katibi Marko Rubio Dominqoda keçirdiyi mətbuat konfransında bildirib.

“Biz xarici yardımlara davam edəcəyik. Birləşmiş Ştatlar xaricə yardım göstərəcək, lakin bu, məntiqli və bizim milli maraqlarımıza uyğun olan xarici yardım olacaq” , – Rubio qeyd edib.