“Bu gün beynəlxalq münasibətlər qarışıq vəziyyətdədir, ABŞ müharibənin əleyhinədir, Avropa ölkələri isə əksinə münaqişənin tərəfdarıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“İnsanlara deyirəm ki, bizim sülhün əldə olunması üçün mübarizə aparan prezidentimiz var. Papa XIV Leonun andiçmə mərasimindən bir gün əvvəl görüşdüyüm kardinallardan biri mənə dedi ki, bizdə qeyri-adi vəziyyət yaranıb, Amerika prezidenti Donald Tramp sülhün əldə olunmasını istəyir, bəzi avropalılar isə daim müharibədən danışırlar”, – Rubio əlavə edib.