Xəbərlər

Rubio: İran nüvə obyektlərində beynəlxalq yoxlamalara icazə verməlidir

“İran hərbi obyektlər də daxil olmaqla bütün nüvə obyektlərində beynəlxalq yoxlamalara icazə verməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News”a müsahibəsində deyib.

“Əgər İran həqiqətən silah deyil, dinc nüvə enerjisi istəyirsə, yoxlamalardan qorxmamalıdır. Dinc nüvə proqramı olan ölkələr uranı zənginləşdirmir və obyektlərini gizlətmirlər”, — Rubio əlavə edib.