ABŞ-ın yeni dövlət katibi Marko Rubio İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tacani ilə telefon danışığı aparıb. Tərəflər NATO daxilində maliyyə yükünün müttəfiqlər arasında bölüşdürülməsi məsələlərini müzakirə edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Dövlət katibi və xarici işlər naziri bütün NATO müttəfiqləri arasında yükün effektiv şəkildə bölüşdürülməsinin vacibliyini müzakirə ediblər”, – məlumatda deyilir.