Xəbərlər

Rubio: Tramp administrasiyası USAID proqramlarının 83%-ni dayandırıb

ABŞ prezidenti Donald Trampın administrasiyası Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının 83%-ni rəsmən dayandırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Altı həftəlik araşdırmadan sonra biz USAID proqramlarının 83%-ni rəsmi olaraq dayandırdıq. On milyardlarla dollar hazırda ləğv edilmiş 5200 müqavilə vasitəsilə Birləşmiş Ştatların maraqlarına uyğun olmayan məsələlərə və hətta bəzi hallarda ölkəmizin zərərinə xərclənib”, – dövlət katibi qeyd edib.