Xəbərlər

Rubio: Ukrayna dağılmağa və ərazi itirməyə davam edir

“Rusiya ilə münaqişənin davam etməsi Ukraynanı məhv edir, Ukrayna getdikcə daha çox ərazi itirir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə müsahibəsində deyib.

“Biz Ukraynanın dağıdıldığı və getdikcə daha da çox ərazi itirdiyi reallığı ilə qarşılaşırıq, münaqişənin uzandığı ölkəyə maliyyə dəstəyi veririk. Ukrayna prezidenti Volodimir Zelenski üçün münaqişənin həllində güzəştə getmək asan olmayacaq, lakin o, real vəziyyətlə barışmalıdır. Hər iki tərəfin münaqişəyə son qoymağa həvəsi var. Bu o deməkdir ki, münaqişə bir tərəfin maksimalist məqsədlərinə çatması ilə bitməyəcək”, – Rubio bildirib.