Xəbərlər

Rusiya Aİ-nin saksiyalarına sanksiya ilə cavab verib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı (Aİ) administrasiyasının Rusiyaya qarşı sanksiyalar paketinə cavab olaraq ölkəyə girişi qadağan edilən avropalı məmurların siyahısının genişləndirildiyini açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya XİN-i məlumat yayıb.

Açıqlamada birtərəfli məhdudlaşdırıcı tədbirlərin təzyiq vasitəsi olmağa davam etdiyi vurğulanıb və Aİ-nin dekabrın 16-da Rusiyaya qarşı 15-ci sanksiya paketini qəbul etdiyi bildirilib.

“Rusiya tərəfi bu düşmənçilik hərəkətlərinə cavab olaraq, ölkəmizə girişi qadağan olunmuş Avropa məhsullarının və Aİ-yə üzv dövlətlərin nümayəndələrinin siyahısını xeyli genişləndirib”, – məlumatda bildirilib.