“Rusiya Fələstin fraksiyaları arasında qarşılıqlı anlaşmaya nail olmaq üçün səylər göstərir”.
“Füyuzat”ın məlumatına görə, bunu Fələstin prezidenti Mahmud Abbasın müşaviri Mahmud əl-Həbbaş deyib.
“Rusiya dialoq, barışıq və parçalanmaya son qoymaq məqsədi ilə Fələstin fraksiyalarının bir neçə toplantısına ev sahibliyi edib. Lakin bu səylərə həmişə HƏMAS-ın barışmaz mövqeyi və milli birliyi rədd etməsi mane olub. Buna baxmayaraq, Rusiya Fələstin Azadlıq Təşkilatı (FAT) Rusiyanın Fələstin xalqının yeganə qanuni nümayəndəsi kimi tanıdığı fraksiya olaraq düzgün əsaslar üzərində qarşılıqlı anlaşmaya nail olmaq üçün hər cür səy göstərməyə davam edir”, – müşavir əlavə edib.