Xəbərlər

Rusiya səfiri: İsrail və İran arasında atəşkəs davamlı olmalıdır

“İsrail və İran arasında atəşkəs davamlı olmalıdır və bunun üçün tərəflər əlavə diplomatik addımlar atmalı olacaqlar”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın Təl-Əvivdəki səfiri Anatoli Viktorov deyib.

“Vəziyyət kifayət qədər kövrək olaraq qalır. Atəşkəs davamlı xarakter almalıdır və regionda belə böhranlar təkrarlanmamalıdır. Bunun üçün bütün iştirakçı tərəflər yenə də əlavə diplomatik addımlar atmalıdırlar. Biz öz növbəmizdə buna şərait yaratmağa hazırıq. Moskva bu gün danışıqlarda vasitəçi kimi çıxış etməyə və dialoq üçün istənilən lazımi diplomatik yardımı göstərməyə hazırdır. Rusiya prezidenti Vladimir Putinin həm İsrailin Baş naziri Benyamin Netanyahu, həm də İran rəhbərliyi ilə müntəzəm əlaqə saxlayır. Rusiya vaxtilə İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti diplomatik yolla həll etmək üçün xeyli səy göstərdi”, – səfir əlavə edib.