Xəbərlər

Rusiya: Ukraynanın məğlubiyyəti avropalılar üçün sülh və firəvanlıq gətirəcək

“Hər bir avropalı üçün sülh və şəxsi rifah yolu Ukraynanın məğlubiyyətindən keçir”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev bildirib.

“Hesab edirəm ki, hər bir avropalı başa düşməlidir ki, sülhə və onun şəxsi rifahına gedən yol Ukraynanın məğlubiyyətindən keçir. Bu o deməkdir ki, təhdidlərin, başqa sözlə, əsas təhlükələrin köklü şəkildə azaldılması mümkün olacaq. Rusiyanı məğlub etməyin qeyri-mümkünlüyünü dərk etdikdən sonra qazın, işığın, qidanın və benzinin qiymətləri aşağı düşəcək”, – diplomat qeyd edib.

Həmçinin sədr müavini əlavə edib: “Demək olar ki, hər gün Qərb siyasətçiləri və ekspertləri Ukraynanın məğlub olması halında Rusiyanın NATO ölkələrinə zəmanət verdiyi hücumla bağlı bəyanatlar verir. Bu cür bəyanatların eynilik və sinxronluğu təsdiq edir ki, bu yalan nağılını yaymaq üçün yaxşı planlaşdırılmış kampaniya aparılır”.