Xəbərlər

Rüstəm Minnixanovun “Dostluq” ordeni ilə təltifedilmə mərasimi olub

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun Azərbaycanın “Dostluq” ordeni ilə təltifolunma mərasimi keçirilib.

“Füyuzat”ın məlumatına görə, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycanla Rusiya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rüstəm Minnixanov “Dostluq” ordeni ilə təltif edilib.