Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan əl-Səud Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə iki ölkənin Ukrayna, Qəzza zolağı, Yəmən və Sudandakı münaqişələrin həlli istiqamətində birgə səylərini müzakirə edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə krallığın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Tərəflər Qəzza zolağı, Sudan və Yəməndəki hadisələr, habelə Rusiya və Ukrayna arasındakı münaqişə də daxil olmaqla, regional və beynəlxalq məsələlərlə bağlı koordinasiyanın gücləndirilməsi və birgə fəaliyyətin intensivləşdirilməsi yollarını müzakirə ediblər. Bu kontekstdə Şahzadə Faysal və Rubio, həmçinin Ər-Riyad və Vaşinqtonun beynəlxalq sülh və təhlükəsizliyə nail olmaq üçün göstərdikləri səylərə də toxunublar”, – nazirlikdən bildirilib.