Milli Hidrometeorologiya Xidməti yanvarın 23-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Xaçmaz, Xınalıq, Qusar, Neftçala, Şamaxı, Qobustanda cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu sarı xəbərdarlığa uyğundur.
Şabran, Siyəzən, Xızı, Altıağacda cənub-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək. Bu da narıncı xəbərdarlığa uyğundur.