Xəbərlər

Sergey Lavrov mayın 21-də Ermənistana gedəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 21-də Ermənistana rəsmi səfər edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilib ki, görüşdən sonra Ermənistan XİN-də hər iki ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.

Görüşün detalları açıqlanmayıb.