“Çin və Koreya Respublikası birgə strateji etimadı gücləndirməli, azad ticarəti qorumalı və qlobal təchizat zəncirlərinin düzgün işləməsini təmin etməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin sədri Si Cinpin deyib.
“Biz bütün səviyyələrdə və bütün sahələrdə mübadilələri gücləndirməliyik, strateji etimadı dərinləşdirməliyik, ikitərəfli əməkdaşlığı və çoxtərəfli qarşılıqlı fəaliyyəti yaxından əlaqələndirməliyik, çoxtərəfliliyi və azad ticarəti birgə dəstəkləməliyik, qlobal və regional sənaye təchizat zəncirlərinin sabitliyini təmin etməliyik”, – o əlavə edib.