Xəbərlər

Si Cinpin: Çin və Rusiya tarixi yaddaşı qorumaq niyyətindədir

“Pekin və Moskva tarixi yaddaşın keşiyində möhkəm dayanacaq, tərəqqi yolu ilə birlikdə hərəkət edəcək və bütün bəşəriyyət üçün parlaq gələcək açacaqlar”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin deyib.

“Çin və Rusiya parlaq mədəni və sivilizasiya dəyərlərinə malik böyük dövlətlərdir. Çin və rus xalqları qəhrəman xalqlardır. 80 il əvvəl biz düşmənin şiddətli hücumlarını cəsarətlə məğlub etdik və antifaşist müharibədə böyük qələbə qazandıq. 80 il bundan əvvəl baş vermiş hadisələrə hörmətlə yanaşaraq, biz bu ənənəni qoruyacaq, ortaq tədbirləri davam etdirəcəyik. Biz tarixi yaddaşın keşiyində möhkəm dayanacaq, ümumi tərəqqi və beynəlxalq ədaləti qoruyacaq yolda birlikdə hərəkət edəcək və bütün bəşəriyyət üçün parlaq gələcəyi birgə açacağıq”, – prezident əlavə edib.