Şimali Koreyanın Misir və Yəməndəki səfiri ABŞ-ın Husilər hərəkatının nəzarətində olan Yəmən ərazisinə zərbələrini pisləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
“ABŞ-ın iri hərbi hava və dəniz qüvvələrinin, o cümlədən nüvə mühərrikli aviadaşıyıcının iştirakı ilə həyata keçirdiyi hərbi zərbələr nəticəsində uşaqlar və qadınlar da daxil olmaqla, çox sayda günahsız dinc sakin həlak olub və ya yaralanıb”, – səfir qeyd edib.