Xəbərlər

Siyarto Aİ-ni İstanbulda keçiriləcək danışıqlara müdaxilə etməməyə çağırıb

Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukrayna münaqişəsinin həlli üzrə mayın 15-də İstanbulda hazırlanan danışıqların uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib və Avropa İttifaqını (Aİ) prosesə mane olmamağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə nazir “Facebook” səhifəsində paylaşım edib.

“Türkiyədə Rusiya-Ukrayna danışıqları uğurlu olarsa, bu həftə bütün dünya üçün gözəl həftə ola bilər. Hamı sülhün tərəfdarıdır və həqiqətən ümid edirəm ki, avropalı həmkarlarımız sülh danışıqlarının uğuruna mane olacaq addımlar atmayacaqlar”, – nazir qeyd edib.