Xəbərlər

Starmer: Britaniya fələstinlilərə Qəzzanın yenidən qurulmasına kömək edəcək

“Böyük Britaniya hökuməti Qəzza zolağının yenidən qurulmasında Fələstin xalqına dəstək verəcək. Ona görə ki, anklav sakinləri öz evlərinə qayıda bilsinlər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Keir Starmer İcmalar Palatasında (parlamentin aşağı palatası) çıxışı zamanı bildirib.

“Qəzza sakinlərinə anklavı bərpa etməyə icazə verilməlidir. Biz də iki dövlətin birgə yaşaması prinsipi əsasında Fələstin-İsrail münaqişəsinin həlli yolunda onların yanında olmalıyıq”, – Starmer deyib.