Xəbərlər

Starmer: Britaniya və Aİ təxribatlara qarşı əməkdaşlığı gücləndirməlidir

“Böyük Britaniya və Avropa İttifaqı (Aİ) dost olmayan dövlətlərdən gələn təxribat və digər təhdidlərlə mübarizədə əməkdaşlığı gücləndirməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Böyük Britaniyanın Baş naziri Keir Starmer Aİ-nin Brüsseldə keçirilən qeyri-rəsmi sammitinin digər iştirakçıları qarşısında çıxışı zamanı deyib.

“Biz özümüzü digər dövlətlərdən gələn təhdidlərdən, eləcə də təxribatdan, o cümlədən sualtı infrastrukturumuzu hədəf alanlardan qorumaq üçün əməkdaşlığı dərinləşdirməliyik”, – Starmer bildirib.