Xəbərlər

Suriya: Aİ sanksiyalarının ləğvi inkişafa kömək edəcək

“Avropa İttifaqına (Aİ) üzv ölkələrin əvvəllər Dəməşqə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları ləğv etmək qərarı Suriyanın sabitliyinin və inkişafının möhkəmlənməsinə töhfə verəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “SANA” xəbər agentliyi Suriyanın müdafiə naziri Murhaf Əbu Qəsrə istinadən məlumat yayıb.

“Bu gün Suriya xalqı Aİ-nin Suriyaya tətbiq etdiyi sanksiyaların ləğvi barədə qərarını aldı. Biz Suriyanın və onun sülh və firavanlığa layiq olan xalqının maraqlarına cavab verən müsbət kursu əks etdirən bu addımı yüksək qiymətləndiririk. Biz həmçinin bu qərara töhfə verən bütün tərəflərə təşəkkürümüzü bildirir və təsdiq edirik ki, bu addım sabitliyin və inkişafın möhkəmləndirilməsi yolunda yeni başlanğıcdır. Suriya öz xalqının iradəsi və səyləri sayəsində regionda və dünyada lider rolunu bərpa etməyə davam edir”, – nazir qeyd edib.