Suriya Keçid Hökumətinin Hərbi Əməliyyatlar Departamenti Ələvi icmasının üzvlərinin küçə etirazlarından sonra Latakiya şəhərində və onun ətrafı Ceblada saat 20:00-dan 08:00-a qədər komendant saatı tətbiq edildiyini açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Janoubia” xəbər portalı məlumat yayıb.
Verilən məlumata görə, Homsda hüquq-mühafizə orqanları əməkdaşlarına hücumlarla müşayiət olunan iğtişaşlar da olub. Ən azı bir nəfər ölüb, bir neçə nəfər isə ağır yaralanıb.