Xəbərlər

Suriya hakimiyyəti ölkənin gerbini dəyişmək qərarına gəlib

“Suriyanın yeni hökuməti ölkənin gerbini dəyişdirmək qərarına gəlib: yeni gerbin üzərində qanadları açılmış şahin və başının üstündə üç ulduz olacaq”.

“Füyuzat”ın məlumatına görə, yeni dövlət rəmzi Dəməşqdə təntənəli tədbirlər zamanı təqdim edilib.

Mərasimdə çıxış edən Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraanın sözlərinə görə, dəyişdirilmiş şahin “Suriya xalqının öz tarixində yeni mərhələyə keçidini əks etdirir, həmçinin suriyalılara xas olan gücü və qətiyyəti təcəssüm etdirir”. Dəməşqin yeni hakimiyyətinin başçısı vurğulayıb ki, yeni şahin “əvvəlki rejimin zülmündən qopmağı” simvollaşdırır.

İndiyədək Suriyanın gerbi sinəsində qalxan, üzərində üç ulduz və yeni Suriya hökumətinin də rəmzi olan şahin olub. Quş caynaqlarında üzərində “Suriya Ərəb Respublikası” yazısı olan lent tutmuşdu. Belə ki, gerb 1980-ci ildə Suriyanın keçmiş prezidenti Hafiz Əsədin dövründə qəbul edilmiş əvvəlki variantına bənzəyirdi. Yeganə fərq şahin başının fırlanması və sinəsindəki bayrağın rəngləri idi.