Xəbərlər

Suriya ordusu Latakiyaya nəzarəti ələ keçirib

Ölkənin yeni hakimiyyət orqanlarına tabe olan Suriya təhlükəsizlik qüvvələri respublikanın devrilmiş prezidenti Bəşər Əsədin silahlı tərəfdarlarını zərərsizləşdirməklə Latakiya şəhərinə nəzarəti ələ keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Latakiya polis rəisi Qətərin “Əl-Cəzirə” telekanalına verdiyi şərhdə bildirib.

“Şəhər nəzarətə götürülüb, hərbi obyektlərin mühasirəsi başa çatıb, əvvəlki rejimin qalıqları şəhərdən çıxarılıb”, – məlumatda qeyd edilib.