Xəbərlər

Şuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin irsi anılıb

Şuşada Vaqif Poeziya Günləri çərçivəsində silsilə tədbirlər keçirilir.

“Füyuzat” “Report”-a istinadən xəbər verir ki, günün ilk tədbiri Aşıq Ələsgərin vəfatının 100 illik ildönümü münasibətilə “Sözün aşığı, sözün aşiqi” adlı tədbir olub.

Tədbirdə Aşıq Ələsgərin zəngin yaradıcılığı, Azərbaycan aşıq sənətinin inkişafındakı rolu və milli-mənəvi irsimizə verdiyi töhfələrdən bəhs edilib.

Bildirilib ki, sənətkarın irsi bu gün də öz aktuallığını qoruyur, onun poeziyası və saz sənəti yeni nəsillər üçün dəyərli mənəvi mənbə olaraq yaşayır.

Çıxışlarda Aşıq Ələsgərin yaradıcılığının Türk dünyasının ortaq mədəni irsinin mühüm tərkib hissəsi olduğu vurğulanıb.

Tədbir bədii hissə ilə davam edib.