Xəbərlər

TASS: MİT rəhbəri Rusiya-Ukrayna danışıqlarında iştirak etmək niyyətindədir

“Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlarda iştirak etməyi, Türkiyənin xarici işlər naziri Hakan Fidan isə iclasa moderatorluq etməyi planlaşdırır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

“Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü xarici işlər naziri Hakan Fidanın rəhbərliyi ilə saat 13:00-a (Bakı vaxtı ilə 14:00) planlaşdırılıb. Onun açılış nitqi canlı yayımlanacaq. Görüşdə MİT rəhbəri İbrahim Kalının da iştirak edəcəyi gözlənilir”, – mənbə bildirib.