İran tərəfi Ermənistan və Azərbaycanı razılaşdırılmış sülh müqaviləsini mümkün qədər tez imzalamağa çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı deyib.
“İran Ermənistan və Azərbaycanı tez bir zamanda razılaşdırılmış sülh müqaviləsi bağlamağa çağırır. Biz sülh və sabitliyə töhfə verməyə hazırıq. Bütün regional problemlər diplomatiya yolu ilə həll edilməlidir. İran da beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinin əleyhinədir”, – Əraqçi qeyd edib.