Xəbərlər

Tramp: ABŞ Çin bazarlarının daha açıq olmasını istəyir

“Birləşmiş Ştatlar Çin bazarlarının daha açıq olmasına nail olmağa çalışır və bu kimi məsələlər də daxil olmaqla ikitərəfli ticarət danışıqları uğurla irəliləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Biz Çinlə yaxşı işlər görürük. Düşünürəm ki, hər şey çox yaxşı gedir. Mən yalnız yaxşı hesabatlar alıram. Biz Çin bazarlarının daha da açıq olmasını istəyirik. Bu, Çin və digər ölkələrə müsbət təsir edəcək”, – Tramp qeyd edib.