Xəbərlər

Tramp ABŞ-da “TikTok”a qadağa qoyulmasını təxirə salmağa çağırıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp cümə günü Ali Məhkəməni ABŞ-da “TikTok” sosial şəbəkəsini qadağan edə biləcək qanunu dayandırmağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bunu Trampın vəkili Con Soyer bildirib.

“Prezident Tramp bu prosesin mahiyyəti ilə bağlı heç bir mövqe nümayiş etdirmir. Bunun əvəzinə, o, çağırış edir ki, məhkəmə işə yenidən baxsın”, – deyə Soyer qeyd edib.

Bundan əvvəl “TikTok” rəhbərliyi də ABŞ Ali Məhkəməsindən sosial şəbəkənin ABŞ-da qadağan oluna biləcəyi qanunun fəaliyyətini dayandırmağı xahiş etmişdi.

Platforma Trampın andiçmə mərasimindən bir gün əvvəl, 19 yanvar 2025-ci ilə qədər satılmalı və ya bloklanmalıdır. Sosial şəbəkənin administrasiyası və xidmətin sahibi olan Çinin “ByteDance” şirkəti əmindir ki, bu, ABŞ-da 170 milyon TikTok istifadəçisinin söz azadlığı hüququnu pozur.