ABŞ prezidenti Donald Tramp CNN və “The New York Times” (NYT) qəzetlərinin ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumları ilə bağlı yaydıqları məlumatlardan narazı qalıb və onları gizli sövdələşmədə ittiham edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp özünün “Truth sosial” səhifəsində yazıb.
“Fake News CNN” və uğursuz NYT tarixin ən uğurlu zərbələrindən birini alçaltmaq üçün birləşib. İranın nüvə obyektləri tamamilə məhv edilib!” – Tramp qeyd edib.
Bundan əvvəl CNN və NYT mənbələrə istinadən məlumat vermişdilər ki, ABŞ kəşfiyyatı və bəzi İsrail rəsmiləri ABŞ-ın İrana zərbələrinin Tehranın nüvə proqramının əsas komponentlərini məhv etmədiyini və İranın hələ də kiçik, gizli uranı zənginləşdirmə obyektlərinə malik ola biləcəyini düşünür. Ağ Ev bu qiymətləndirmələrin yanlış olduğunu bildirib.