Xəbərlər

Tramp: ABŞ Qəzzanı almağa və onu təmizləməyə hazırdır

“ABŞ Qəzza zolağını almağa və Fələstin anklavını təmizləməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra birgə mətbuat konfransı zamanı deyib.

“Birləşmiş Ştatlar Qəzza zolağını nəzarət altına alacaq və biz onun qayğısına qalacağıq. Qəzzanın sahibi olacağıq və bütün təhlükəli, partlamamış bombaları və digər silahları çıxarmaq, ərazini təmizləmək, dağılmış binalardan xilas olmaq, orada yaşayan insanlar üçün sonsuz iş yerləri və evlər yaradacaq, iqtisadi inkişafı təşviq etmək üçün məsuliyyət daşıyacağıq. Bu mövzu haqqında danışdığım hamı ABŞ-ın bu əraziyə sahib olması, onu inkişaf etdirməsi və minlərlə iş yerinin yaradılması ideyasını dəstəkləyir”, – Tramp qeyd edib.