Xəbərlər

Tramp: ABŞ Ukrayna böhranının III dünya müharibəsinə çevrilməsinə imkan verməyəcək

“ABŞ administrasiyası Ukraynadakı hazırkı böhranın üçüncü dünya müharibəsinə çevrilməsinin qarşısını almağı öz prioritetlərindən biri hesab edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə Fransa prezidenti Emmanuel Makronla ikitərəfli danışıqlardan sonra birgə mətbuat konfransında bildirib.

“Düşünürəm ki, Makron bir çox mühüm məsələlərdə mənimlə həmfikirdir. Əsas odur ki, indi doğru vaxtdır. Bilirsiniz, bu, III dünya müharibəsinə qədər uzana biləcək dəhşətli vəziyyətdir. Biz buna imkan verməyəcəyik”, – Tramp qeyd edib.