ABŞ prezidenti Donald Tramp ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin sayını azalda biləcəyini etiraf edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə dövlət başçısı Avropadakı Amerika qoşunlarının sayını azaltmaq planlarının olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirib.
“Yaxşı. Demək istəyirəm ki, bu, ola bilər. Biz Avropada orduya pul ödəyirik. Buna baxmayaraq, Avropadan çox kompensasiya almırıq, Cənubi Koreyadan da çox kompensasiya almırıq. Beləliklə, bu, ticarətdən kənar müzakirə edəcəyimiz şeylərdən biri olacaq, amma düşünürəm ki, biz bunu ticarət danışıqlarının bir hissəsinə çevirəcəyik, çünki bu, daha məntiqlidir”, – Tramp əlavə edib.