Xəbərlər

Tramp Baydeni debata dəvət edib

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp seçkidəki rəqibi, hazırkı Prezident Co Baydeni son şans olaraq bu həftə növbəti debata dəvət edib.

“Füyuzat”ın məlumatın görə, bu barədə Tramp mitinqdə deyib.

O, Floridada keçirilən mitinqdə qeyd edib: “Mən Coya rəsmi olaraq bütün dünyanın qarşısında özünü xilas etmək şansını təklif edirəm”.

“Gəlin bu həftə başqa bir debat edək ki, yuxulu Co Bayden bütün dünyada prezident olmaq üçün lazım olan hər şeyə sahib olduğunu sübut etsin”, – Tramp əlavə edib.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçiriləcək.