Xəbərlər

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaların tətbiqi haqqında sərəncam imzalayıb

Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsini ABŞ-ı və onun ən yaxın müttəfiqlərini, ilk növbədə İsraili qeyri-qanuni şəkildə hədəfə almaqda ittiham edərək ona qarşı sanksiyalar tətbiq edən sərəncam imzalayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Sənəddə amerikalılara və ya onların müttəfiqlərinə, habelə onların ailə üzvlərinə qarşı aparılan araşdırmalarda iştirak edən şəxslərə qarşı maliyyə və viza sanksiyalarının tətbiq ediləcəyi bildirilir.