Xəbərlər

Tramp: Çin ABŞ-la ticarət sazişi bağlamaq istəyir

“Çin ABŞ-la ticarət müqaviləsi bağlamaq istəyir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Respublikaçıların Milli Komitəsi üçün vəsaitin toplanması ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Pekin ABŞ-la ticarət sazişi bağlayana qədər Vaşinqton Çin məhsullarına 104% tariflər tətbiq edəcək. Çin sövdələşmə etmək istəyir. Onlar müqavilə bağlamaq istəyirlər. Sadəcə, buna necə başlayacaqlarını bilmirlər, çünki onlar qürurlu insanlardır”, – dövlət başçısı qeyd edib.