“Çinin ticarət sahəsindəki hərəkətlərinə görə onlardan qisas almaq fikrini nəzərdən keçiririk”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp mətbuata açıqlamasında bildirib.
“Bilirsiniz, mən Çinlə ədalətli razılaşma istəyirəm, lakin Çin artıq uzun illərdir ki, bizdən oğurluq edir. Bəlkə də nəzərə alınmalı bəzi aspektlər var. Ancaq mənim Çin prezidenti Si Cinpinlə danışıqlar aparmaq planım yoxdur”, – prezident əlavə edib.