ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp çərşənbə axşamı investor Tomas Barakı ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə namizəd göstərib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp özünün “Truth Social” səhifəsində yazıb.
“Tomas Barakın Türkiyədəki növbəti səfirimiz olacağını elan etməkdən məmnunam. Tomas otuz ildir ki, özəl kapital şirkətinə uğurla rəhbərlik edir”, – o qeyd edib.
Tramp əlavə edib ki, Barak lazımi təcrübəyə malikdir və həm siyasi, həm də işgüzar dairələrdə hörmətə malikdir.
Barak “Colony Capital” investisiya şirkətinin qurucusu, Trampın yaxın dostu və onun inaqurasiya komitəsinin keçmiş sədridir.