Tramp administrasiyası maksimum təzyiq səylərinin bir hissəsi olaraq “İran neftinin ixracını sıfıra endirmək məqsədi daşıyan” kampaniyaya başlayacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, Tramp İrana “maksimum təzyiqi” bərpa etmək üçün sərəncam imzalayıb.
Məlumata görə, bu strategiya Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün İranın neft ixracından əldə etdiyi gəlirləri azaltmaq məqsədilə həyata keçiriləcək.